Gürcüstan, Tbilisi, 06 noyabr / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanın Mühafizəkarlar Partıyası Prezident Mixail Saakaşvili haqqında ittihamedici xülasə hazırlayıb. Partiyanın liderlərindən biri Kaxa Kukava bugünkü mətbuat konfransında bəyan edib ki, Saakaşvili Cinayət Məcəlləsinin 16-cı maddəsini pozmaqda ittiham edilir, buna görə də cinayət məsuliyyətinə cəlb edilməlidir.
Partiya həmçinin, onların fikrincə, Saakaşvilinin günahkar olmasını təsdiqləyən video və audioyazılar da nümayiş etdirib. "Noyabrın 7-də Saakaşvili idarəçiliyinin 6 illiyinə həsr olunmuş konfransda Mühafizəkarlar Partiyası Prezident Saakaşviliyə qarşı gələcəkdə cinayət işinin qaldırılması üçün əsas olacaq təsdiqlənmiş ittihamı elan edəcək", - Kukava bildirib.
"Biz bütün bunları ona görə edirik ki, Saakaşvili məhkəmə qarşısında dayansın və gürcü xalqına qarşı törədilmiş bütün cinayətlərə görə cavab versin", - Kukava deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]