...

Azərbaycan və Sloveniya prezidentlərinin təkbətək görüşü keçirilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Noyabr 2009 13:58 (UTC +04:00)
Noyabrın 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Sloveniya Respublikasının Prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk ilə birgə görüşü olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan və Sloveniya prezidentlərinin təkbətək görüşü keçirilib (ƏLAVƏ OLUNUB)

RED: əlavəsi: Sonuncu abzasa prezidentlərin geniş tərkibdə görüşü və sənədlərin imzalanması əlavə olunub.

Noyabrın 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Sloveniya Respublikasının Prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk ilə birgə görüşü olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün təkbətək görüşü keçirilib.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulanıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilən görüşdə Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfərinin də ikitərəfli əlaqələrin inkişafına töhfələr verəcəyinə əminlik bildirilib.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Noyabrın 9-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün iştirakı ilə Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti