...

Sloveniya Dağlıq Qarabağ münaqişənin həlli beynəlxalq prinsipləri əsasında olmalıdır - Danilo Türk

Siyasət Materials 10 Noyabr 2009 07:42 (UTC +04:00)
Sloveniya Dağlıq Qarabağ münaqişənin həlli beynəlxalq prinsipləri əsasında olmalıdır, Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında deyib
Sloveniya Dağlıq Qarabağ münaqişənin həlli beynəlxalq prinsipləri əsasında olmalıdır - Danilo Türk

Sloveniya Dağlıq Qarabağ münaqişənin həlli beynəlxalq prinsipləri əsasında olmalıdır,  Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi 9 noyabrda yayıb.

Onun sözlərinə görə, Sloveniya Qafqaz regionunu xarakterizə edən həssas məsələləri yaxşı bilir və Qafqaz regionunda təhlükəsizlik məsələləri, eyni zamanda, Avropada təhlükəsizlik və əməkdaşlığa təsir göstərən məsələlərdir. "Biz heç də məmnun deyilik ki, dondurulmuş münaqişələr bu cür uzun müddətdə davam edir. Dağlıq Qarabağ demək olar ki, ən uzun çəkən münaqişələrdən biridir və bu illər ərzində biz həll olunma sahəsində istənilən irəliləyişi görmədik. Münaqişənin həlli prinsipləri artıq keçmişdə müəyyən olunub və onlar çox aydındır. Bu prinsiplər ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişənin sülh yolu ilə həll olunma prinsipləridir", - o dedi.

Danilo Türk hesab edir ki, keçmişdə müəyyən irəliləyiş əldə olunub, yəni həll variantının konkret məsələləri müəyyən edilib. "Mən Bakıda bu tribunadan çıxış edərək demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artıq müəyyən edilmiş prinsiplər əsasında problemin yekun və birmənalı həlli məqsədi ilə ATƏT-in Minsk qrupu və digər iştirakçıların daha güclü səylər göstərməsinə dəstək veririk. Hesab edirəm ki, biz hamımız, Avropa bu nizamlamada maraqlıyıq və bizim hamımız çoxdan gözlənilən daha güclü səylərin olmasını dəstəkləyirik", - Sloveniya Prezidenti bəyan etdi.

Xəbər lenti

Xəbər lenti