...

Kanadada Xəzər dənizinin geosiyasi kontekstində Azərbaycanın rolu müzakirə olunub

Siyasət Materials 13 Noyabr 2009 11:38 (UTC +04:00)
Azərbaycanın Kanadadakı səfirliyi Karlton Universitetinin Normann-Paterson beynəlxalq məsələlər üzrə məktəbi ilə birgə ilk dəfə olaraq Ottavada "Azərbaycan Xəzər dənizinin geosiyasi kontekstində" mövzusunda elmi konfrans təşkil edib. Bu barədə Trend News-a Azərbaycanın Kanadadakı səfirliyindən bildirilib.
Kanadada Xəzər dənizinin geosiyasi kontekstində Azərbaycanın rolu müzakirə olunub

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir M.Əliyev /

Azərbaycanın Kanadadakı səfirliyi Karlton Universitetinin Normann-Paterson beynəlxalq məsələlər üzrə məktəbi ilə birgə ilk dəfə olaraq Ottavada "Azərbaycan Xəzər dənizinin geosiyasi kontekstində" mövzusunda elmi konfrans təşkil edib. Bu barədə Trend -a Azərbaycanın Kanadadakı səfirliyindən bildirilib.

Konfrans zamanı Azərbaycan, Amerika və Kanada alimləri Xəzər dənizi hövzəsində və Cənubi Qafqazda geosiyasi həqiqətləri, təhlükəsizlik və energetika məsələlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini, Türkiyə-Ermənistan yaxınlaşmasının regionda siyasi vəziyyətə təsiri məsələlərini müzakirə ediblər.

Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev müzakirə olunan məsələlərin vacibliyini qeyd edərək, Azərbaycanın və Kanadanın elmi dairələrini müzakirələri və fikir mübadiləsini davam etdirməyə çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti