...

Azərbaycan Prezidenti Ilham Əliyevin və Bolqaristan Prezidenti Georgi Pirvanovun görüşü olub

Siyasət Materials 14 Noyabr 2009 02:42 (UTC +04:00)
Noyabrın 13-də Sofiyada, Prezident Administrasiyasında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Ilham Əliyevin və Bolqaristan Prezidenti Georgi Pirvanovun görüşü olub

Noyabrın 13-də Sofiyada, Prezident Administrasiyasında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Əvvəlcə prezidentlər İlham Əliyev və Georgi Pırvanov rəsmi foto çəkdirdilər.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.

İqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edildi.

Dövlət başçıları Azərbaycan-Bolqarıstan münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirdilər.

Görüşdə, həmçinin regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti