...

ABŞ beynəlxalq müşahidəçilərin Gürcüstanın işğal olunmuş ərazilərinə buraxılması üzrə Rusiya ilə fəal işləri davam etdirir

Siyasət Materials 16 Noyabr 2009 18:23 (UTC +04:00)
ABŞ beynəlxalq müşahidəçilərin Gürcüstanın işğal olunmuş ərazilərinə buraxılması üzrə Rusiya ilə fəal işləri davam etdirir. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Con Bas "Ereti" radiosuna bəyan edib.
ABŞ beynəlxalq müşahidəçilərin Gürcüstanın işğal olunmuş ərazilərinə buraxılması üzrə Rusiya ilə fəal işləri davam etdirir

Gürcüstan, Tbilisi, 16 noyabr / Trend , müxbir N.Kirsxaliya/

ABŞ beynəlxalq müşahidəçilərin Gürcüstanın işğal olunmuş ərazilərinə buraxılması üzrə Rusiya ilə fəal işləri davam etdirir. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Con Bas "Ereti" radiosuna bəyan edib.

"ABŞ və digər ölkələr hər zaman Rusiyaya ötən ilin avqust ayında götürdüyü öhdəlikləri xatırladır. Biz iki ay bundan əvvəl Cenevrədə bu öhdəliklərin yerinə yetirilməsini gözlədiyimizi Rusiya tərəfinin yadına salmışıq", - səfir bildirib.

O, həmçinin beynəlxalq monitorinq qrupunun Gürcüstanda olmasını vacib sayıb. "Bu, Gürcüstanda stabil vəziyyətin saxlanması üçün çox vacibdir", - Bas deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti