...

Hollivud rejissoru Renni Harlin gürcü-osetin müharibəsindən bəhs edən filmi montaj etmək üçün ABŞ-a yola düşüb

Siyasət Materials 24 Noyabr 2009 19:52 (UTC +04:00)
Hollivud rejissoru Renni Harlin Gürcüstanda "Georgia" adlı filmin çəkilişlərini başa çatdığı üçün bu gecə Gürcüstanı tərk edib.
Hollivud rejissoru Renni Harlin gürcü-osetin müharibəsindən bəhs edən filmi montaj etmək üçün ABŞ-a yola düşüb

Gürcüstan, Tbilisi, 24 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Hollivud rejissoru Renni Harlin Gürcüstanda "Georgia" adlı filmin çəkilişlərini başa çatdığı üçün bu gecə Gürcüstanı tərk edib.

Filmin rejissoru Tbilisi hava limanında deyib ki, onun üçün bu ölkəni tərk etmək çətindir. Rejissorun sözlərinə görə, o, iyul ayından etbarən bu ölkədədir və artıq bura öyrəşib.

"Mən bu ölkəni, onun xalqını və Prezident Saakaşvilini çox istəyirəm. Mən tez-tez onunla görüşürdüm və biz uzun danışıqlar aparırdıq. O, yaxşı insan və yaxşı liderdir. Mən buna onunla ünsiyyətdə olarkən əmin oldum", - Harlin deyib.

Gürcü-osetin müharibəsindən bəhs edən "Georgia" filmi gələn ilin yazında işıq üzü görəcək. Rollarda Endi Qarsiya, Vel Kilmer, Rupert Frend çıxış ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti