...

Gürcüstan Parlamentinin sədri Litvanın XİN rəhbəri ilə görüşüb

Siyasət Materials 27 Noyabr 2009 17:42 (UTC +04:00)
Gürcüstan Parlamentinin sədri David Bakradze Vilnüsdə rəsmi səfərdədir. O, Baltiya ölkələrinin Parlament Assambleyasının iclasında iştirak edir.
Gürcüstan Parlamentinin sədri Litvanın XİN rəhbəri ilə görüşüb

Gürcüstan, Tbilisi, 27 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin sədri David Bakradze Vilnüsdə rəsmi səfərdədir. O, Baltiya ölkələrinin Parlament Assambleyasının iclasında iştirak edir.

Bakradze səfər çərçivəsində Litva, Estoniya və Latviya parlamentlərinin sədrləri, həmçinin Litva Prezidenti ilə görüşüb.

Gürcüstan Parlamentinin spikeri Litvanın xarici işlər naziri Viqaudas Uşaskasla da görüşüb. Onlar ikitərəfli əlaqələri müzakirə ediblər.

Uşaskas qeyd edib ki, Litva gələcəkdə də Gürcüstanın Aİ və NATO-ya inteqrasiyasını dəstəkləyəcək. O, Gürcüstan tərəfini Aİ ilə aparılan viza rejiminin sadələşdirilməsinə dair uğurlu danışıqlar münasibətilə təbrik edib. Nazir, həmçinin yaxın zamanlarda Brüsseldə keçiriləcək NATO-Gürcüstan komissiyasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, hər bir dövlətin alyansa daxil olmaq üçün öz yolu var.

"NATO-nun Buxarest sammitində vəd edilib ki, Gürcüstana və Ukrayna mütləq alyans üzvü olacaqlar", - Uşaskas xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti