...

Azərbaycanda "Modern-Hospital" klinikasının baş mühasibinin qətlində iştirak etmiş daha bir nəfər həbs olunub

Siyasət Materials 28 Noyabr 2009 14:13 (UTC +04:00)
Trend News-un məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Əzizbəyov rayon Polis İdarəsinin və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Firamin Əsədovun qətlə yetirilməsində iştirak etmiş Binə qəsəbə sakini Zaur Qasımov saxlanılıb.
Azərbaycanda "Modern-Hospital" klinikasının baş mühasibinin qətlində iştirak etmiş daha bir nəfər həbs olunub

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında "Modern-Hospital" klinikasının baş mühasibin qətlində iştirak etmiş daha bir nəfər həbs olunub.

Trend -un məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Əzizbəyov rayon Polis İdarəsinin və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Firamin Əsədovun qətlə yetirilməsində iştirak etmiş Binə qəsəbə sakini Zaur Qasımov saxlanılıb.

Baş mühasibin qətlində təqsirli bilinən klinikada əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən Kərimov Ceyhun Möhübbət oğlu isə bir neçə gün əvvəl həbs olunmuşdu.

Bu il noyabrın 21-də təxminən saat 12.00-də Əzizbəyov rayonunun Türkan qəsəbəsinə gedən yolun kənarında yanmış vəziyyətdə "KİA SPORTAGE" markalı avtomaşın, avtomaşının yük yerində isə yanaraq kömürləşmiş meyit aşkar edilib.

Meyitin 1965-ci ildə anadan olan, Bakı şəhərində fəaliyyət göstərən "Modern-Hospital" klinikasında baş mühasib işləyən Əsədov Firamin İsa oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanılıb və Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Respublika Prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İş üzrə məhkəmə-kompleks ekspertizaları təyin edilib, çoxlu sayda şahidlər dindirilib, zəruri axtarış-götürmə və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Kərimov dindirilərkən həmin cinayəti tamah məqsədi ilə törətməsini tam etiraf edib. O, dindirmə zamanı hadisəni törətdikdən sonra mərhumun cibində olan iş açarlarını və üstündəki 50 manat pulu və həmin gecə iş yerinə gələrək Firamin Əsədovun iş otağındakı seyfdən 6 min 800 manat pul götürməsini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti