...

Azərbaycanda narkotiklə bağlı cinayətlərə görə 69 əcnəbi saxlanılıb

Siyasət Materials 28 Noyabr 2009 16:38 (UTC +04:00)
Azərbaycanda narkotik cinayətlərlə bağlı bu il 1579 nəfər saxlanılıb. Saxlanılan şəxslərin 69-u əcnəbidir. Əcnəbi vətəndaşlardan 286 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə müsadirə olunub. Bu barədə Trend News-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Azərbaycanda narkotiklə bağlı cinayətlərə görə 69 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda narkotik cinayətlərlə bağlı bu il 1579 nəfər saxlanılıb. Saxlanılan şəxslərin 69-u əcnəbidir. Əcnəbi vətəndaşlardan 286 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə müsadirə olunub. Bu barədə Trend -a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bu ilin 10 ayında Azərbaycanda narkotiklərlə bağlı 2 min 784 cinayət faktı qeydə alınıb. Qeydə alınan cinayətlərin 1078-i narkotiklərin satışı ilə bağlıdır.

Hesabat dövründə ayrı-ayrı şəxslərdən 1 ton 933 kiloqram 634 qram narkotik vasitə, o cümlədən 274 kiloqram 615 qram heroin, 200 kiloqram 732 qram tiryək, 1 ton 239 kiloqram 592 qram həşiş, 198 kiloqram 934 qram marixuana, 11 kiloqram 110 qram həşiş qətranı, 5 kiloqram 317 qram metamfetamin, 3 kiloqram 294 qram psixotrop maddələr və onların prekursorları, 186 min 530 narkotik tərkibli dərman preparatı və s. götürülüb.

Cari ilin 10 ayında qanunsuz əkilib-becərilmiş və yabanı bitmiş 453 tondan çox narkoxassəli bitkilər aşkar olunaraq məhv edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti