...

İran Araz çayının məcrasını yenidən qurur

Siyasət Materials 4 Dekabr 2009 15:41 (UTC +04:00)
İranın Poldəşt şəhər icra başçısı Cəlil Qəffari bildirib ki, İran və Azərbaycan sərhədində Araz çayının məcrasının və çay dibinin qum laylarının yenidənqurma layihəsi həyata keçirilir. Bu barədə Trend News İran televiziyasının rəsmi saytı IRIBNEWS-a istinadən məlumat yayıb.
İran Araz çayının məcrasını yenidən qurur

Azərbaycan, Bakı, 4 dekabr / Trend , müxbir T.Cəfərov/

İranın Poldəşt şəhər icra başçısı Cəlil Qəffari bildirib ki, İran və Azərbaycan sərhədində Araz çayının məcrasının və çay dibinin qum laylarının yenidənqurma layihəsi həyata keçirilir. Bu barədə Trend İran televiziyasının rəsmi saytı IRIBNEWS-a istinadən məlumat yayıb.

Qəffari əlavə edib ki, Araz çayının məcrasının yenidənqurma layihəsinin icrasına 2001-ci ildə 5 milyon dollar sərmayə ilə başlanıb və hazırda 95 % işlər tamamlanıb. "Araz çayının məcrasının və çay dibinin qum laylarının yenidən qurulması layihəsi çərçivəsində indiyədək məcradan çıxmış 11 kilometr ərazi yenidən qurulub", - deyə Qəffari deyib.

O əlavə edib ki, layihəyə əlavə olaraq daha 300 min dollar sərmayə yatırılacaq və 2010-cu ilin mart ayına kimi yenidənqurma işləri tamamlanacaq.

1040 km uzunluğa olan Araz çayı 300 km məsafədə Azərbaycan və İran arasında sərhəd rolunu oynayır və İranın ən şimal nöqtəsində sərhəd xəttində öz istiqamətini dəyişərək Kür çayı ilə qovuşur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti