...

Azərbaycanın müxalifət partiyasının lideri Avropa Xalq Partiyasının qurultayında iştirak edir

Siyasət Materials 8 Dekabr 2009 15:04 (UTC +04:00)
"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Avropa Xalq Partiyasının (AXP) növbəti qurultayında iştirak etmək üçün Almaniyaya səfərə gedib", - çərşənbə axşamı Trend News-a partiyanın mətbuat xidmətindən bildirilib.
Azərbaycanın müxalifət partiyasının lideri Avropa Xalq Partiyasının qurultayında iştirak edir

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının lideri Avropa Xalq Partiyasının qurultayında iştirak edir.

"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Avropa Xalq Partiyasının (AXP) növbəti qurultayında iştirak etmək üçün Almaniyaya səfərə gedib", - çərşənbə axşamı Trend -a partiyanın mətbuat xidmətindən bildirilib.

Trеnd Nеws-un аrаyışı: АMİP 1992-ci ildə yаrаdılаn вə Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər

Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Məmmədov bu gün başlayan qurultay çərçivəsində bir sıra rəsmi görüşlər keçirib. "Görüşlərdə Dağlıq Qarabağ problemi və onun həlli ilə bağlı müzakirələrə xüsusi diqqət verilib", - məlumatda qeyd edilir.

Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır. AMİP Beynəlxalq Demokrat İttifaqın üzvü kimi bu qurumla sıx əməkdaşlıq edir.

AMİP-in Avropa Xalq Partiyasına üzvlüyü də gündəmdədir və lazimi sənədlər qısa müddətdə quruma təqdim olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti