...

Ukrayna XİN Azərbaycanın etiraz notasına cavab verib

Siyasət Materials 11 Dekabr 2009 16:43 (UTC +04:00)
Ukraynanın bir dövlət kimi Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi dəyişməyib - münaqişə Azərbaycanın ərazi bütövlüyü prinsipinə riayət edilməklə yalnız sülh yolu ilə həll edilməlidir. Diplomatik dairəyə yaxın olan mənbə Trend News-a deyib ki, bu barədə Ukrayna XİN Azərbaycanın səfiri Tələt Əliyevlə görüş zamanı Azərbaycanın notasına cavab olaraq bildirib.
Ukrayna XİN Azərbaycanın etiraz notasına cavab verib

Ukrayna, Kiyev, 11 dekabr / Trend , müxbir Z.Novosvitski/

Ukraynanın bir dövlət kimi Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi dəyişməyib - münaqişə Azərbaycanın ərazi bütövlüyü prinsipinə riayət edilməklə yalnız sülh yolu ilə həll edilməlidir. Diplomatik dairəyə yaxın olan mənbə Trend -a deyib ki, bu barədə Ukrayna XİN Azərbaycanın səfiri Tələt Əliyevlə görüş zamanı Azərbaycanın notasına cavab olaraq bildirib.

"Azərbaycanın Ukraynadakı səfirliyi "İnter" telekanalında Azərbaycanın əleyhinə olan filmin nümayişi ilə əlaqədar olaraq bu ölkənin Xarici İşlər Nazirliyinə nota təqdim edib", - Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bazar ertəsi Trend -a bildirmişdi.

Ukraynanın "İnter" telekanalı "Euronews" kanalının ardınca Qarabağa dair Azərbaycanın əleyhinə olan film hazırlayıb və tamaşaçılara təqdim edib.

Mənbənin sözlərinə görə, cavabda deyilir ki,"İnter" kanalı özəl strukturdur və dövlət onun informasiya siyasətinə qarışa bilməz.

Mənbənin sözlərinə görə, ola bilsin ki, bu gün Ukraynada Azərbaycanın bu ölkədəki səfiri Tələt Əliyevin "İnter" telekanalının nümayəndələri ilə görüşü keçiriləcək.

Azərbaycanın Ukraynadakı səfirliyi səfirin kanal nümayəndələri ilə görüşü barədə informasiyanı nə təsdiq, nə də təkzib edib.

Xəbər lenti

Xəbər lenti