...

Gürcüstanın Təhlükəsizlik Şurası Abxaziya və Cənubi Osetiya üzrə dövlət strategiyasını müzakirə edəcək

Siyasət Materials 21 Dekabr 2009 12:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 dekabr/ Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Milli Təhlükəsizlik Şurası bugünkü iclasda Abxaziya və Cənubi Osetiyaya dair dövlət strategiyasını müzakirə edəcək.

TŞ-nın iclası geniş tərkibdə keçiriləcək. Müxalifət nümayəndələri xüsusilə də "xristian-demokratlar" əhalinin təhlükəsizliyinə böyük zəmanətlərin yaradılması və bu ərazilərdə insan haqlarının müdafiəsi üzrə öz təkliflərini təqdim edəcəklər.

"Milli demokratlar" diqqəti Aİ-nin müşahidəçi mandatının genişləndirilməsinə və onun real təsirinə yönəldəcəklər.

TŞ-nin katibi Yekatrina Tkeşelaşvilinin sözlərinə görə, bundan sonra işğal edilmiş ərazilərə dair dövlət starategiyasının konsepsiyası yekun mərhələyə daxil olacaq, strategiyanın həyata keçirilməsinin konkret planı hazırlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti