Gürcüstanın, Tbilisi, 278 dekabr / Trend , müxbir N. Kirtsxalia/
"Gürcüstan höküməti Azərbaycan əhalisinin Gürcüstan cəmiyyətinə inteqrasiya etməsini ən prioritet məsələrdən biri hesab edir," Gürcüstanın elm və təhsil naziri Dmitriy Şaşkin bu gün Marneuli rayonunun Alheti kəndindəki 2 saylı orta məktəbə baş çəkərkən deyib.
Gürcüstan prezidentinin proqramı çərçivəsində bir il əvvəl Gürcüstanın müxtəlif regionlarına müsabiqə əsasında 50 müəllim göndərilmişdi ki, onlar Milli azlıqların kompakt yaşadığı yerlərdə yerli əhaliyə gürcü dilini öyrətməli idilər.
Müəllimlər ayda 1000 lari (600 dollar) maaş alırlar.
"Nazirlik üçün bu problem mühümdür və biz milli azlıqların nümayəndələrinin cəmiyyətə inteqrasiya etməsinə diqqət ayırmaq niyyətindəyik. Bunun üçün ilk növbədə bizim milli azlıqlar sırasından olan vətəndaşlarımıza gürcü dilinin öyrədilməsi məsələlərini həll etmək lazımdır", - o qeyd edib.
Nazir və Azərbaycan əhalisinin sıx olduğu Kvemo Kartli regionun qubernatoru David Kirkitadze Azərbaycan məktəbinin nəzdində fəaliyyət göstərən gürcü dilini öyrədən kluba baş çəkiblər.
Dmitriy Şaşkin qeyd edib ki, klubun fəaliyyət göstərdiyi 1 ildə bir çox şagirdlər gürcü dilinə yiyələniblər ki, bu da onların cəmiyyətə inteqrasiya etməsini asandlaşdıracaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]