...

İran Prezidenti Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryanla görüşüb

Siyasət Materials 21 Yanvar 2010 13:48 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşüb. Bu barədə Trend News İranın Prezident Aparatının rəsmi xəbər saytı "president.ir"-ə istinadən məlumat yayıb.
İran Prezidenti Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryanla görüşüb

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşüb. Bu barədə Trend İranın Prezident Aparatının rəsmi xəbər saytı "president.ir"-ə istinadən məlumat yayıb.

Əhmədinejad görüş zamanı Ermənistan və İran əlaqələrinin dostluq şəraitində inkişaf etdiyini bəyan edib.

"Bütün ikitərəfli layihələr icra olunmalıdır və bununla yanaşı, regionda baş verən proseslərdə fəal iştirak etməliyik", - Əhmədinejad deyib.

O əlavə edib ki, bu gün region ölkələrində bir-birləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün potensial var.

Görüşdə Koçaryan deyib ki, Ermənistan hökuməti İranla əlaqələrini inkişaf etdirməkdə və möhkəmlətməkdə maraqlıdır. "Tehran və Yerevan ikitərəfli əlaqələrin və regional əməkdaşlığın artırılması üçün geniş potensiala malikdir", - Koçəryan deyib.

Xəbər lenti

Xəbər lenti