...

Azərbaycanda "Kuba beşliyi"nin hüquqlarının müdafiəsi üzrə ictimai komitə yaradılır

Siyasət Materials 25 Yanvar 2010 12:45 (UTC +04:00)
Azərbaycan Xalq Sosialist Partiyasının (XSP) təşəbbüsü ilə "Kuba beşliyi"nin hüquqlarının müdafiəsi üzrə ictimai komitə yaradılır.
Azərbaycanda "Kuba beşliyi"nin hüquqlarının müdafiəsi üzrə ictimai komitə yaradılır

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan Xalq Sosialist Partiyasının (XSP) təşəbbüsü ilə "Kuba beşliyi"nin hüquqlarının müdafiəsi üzrə ictimai komitə yaradılır.

"Kuba səfiri ilə görüş zamanı Azərbaycanın Xalq Sosialist Partiyasının nümayəndələri diplomatı məşhur "Kuba beşliyi" - ABŞ-da 1998-ci ildə qanunsuz həbs olunan və əsassız ittihamlarla uzun müddət azadlıqdan məhrum edilən beş Kuba vətəndaşının hüquqlarının müdafiəsi üzrə müstəqil ictimai komitənin yaradılmasına dair partiyanın qərarı ilə tanış edib", - partiyanın məlumatında deyilir.

Hazırda dünyada beş kubalının hüquqlarının müdafiəsi üzrə 130 ictimai təşkilat mövcuddur. Onlar ABŞ hökumətinin hökmü ləğv etməsinə çalışırlar. "Kuba beşliyi"nin müdafiəsi üzrə BMT-nin İnsan Hüquqları Komissiyası fikir bildirib.

Müstəqil İctimai komitənin sədri XSP-nin sədr müavini İbrahim Əsədli seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti