...

Azərbaycanlı deputatın hazırladığı sənəd AŞ PA-da yayılıb

Siyasət Materials 26 Yanvar 2010 05:04 (UTC +04:00)
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qurumun qış sessiyası çərçivəsində "Avropada təhsil şəbəkəsində ortaq dərsliklərdən istifadənin məqsədəuyğunluğu" adlı tövsiyə üçün təklif sənədi yayılıb. Sənəd İtaliya, İspaniya, Polşa, Böyük Britaniya və digər ölkələrdən olan 20-dən çox deputat tərəfindən imzalanıb. Bu barədə Trend News-a çərşənbə axşamı Rafael Hüseynov məlumat verib. Tövsiyə üçün təklifdə Rafael Hüseynov qeyd edir ki, Avropa ölkələri arasında getdikcə artan çoxşaxəli əməkdaşlıq bir tərəfdən bu ölkələrin bir-biri ilə daha artıq yaxınlaşmasını və qarşılıqlı anlaşmanın dərinləşməsini təmin edirsə, digər tərəfdən bütöv Avropanın formalaşmasına aparan yolu da qısaldır
Azərbaycanlı deputatın hazırladığı sənəd AŞ PA-da yayılıb

Fransa, Strasburq, 26 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qurumun qış sessiyası çərçivəsində "Avropada təhsil şəbəkəsində ortaq dərsliklərdən istifadənin məqsədəuyğunluğu" adlı tövsiyə üçün təklif sənədi yayılıb. Sənəd İtaliya, İspaniya, Polşa, Böyük Britaniya və digər ölkələrdən olan 20-dən çox deputat tərəfindən imzalanıb. Bu barədə Trend  News-a çərşənbə axşamı Rafael Hüseynov məlumat verib. Tövsiyə üçün təklifdə Rafael Hüseynov qeyd edir ki, Avropa ölkələri arasında getdikcə artan çoxşaxəli əməkdaşlıq bir tərəfdən bu ölkələrin bir-biri ilə daha artıq yaxınlaşmasını və qarşılıqlı anlaşmanın dərinləşməsini təmin edirsə, digər tərəfdən bütöv Avropanın formalaşmasına aparan yolu da qısaldır.

"XX əsrin əvvəllərində qanlı müharibələrlə ayrılan bir sıra Avropa dövlətlərinin bu gün birlikdə ümumi məqsədlər uğrunda mübarizə aparması müştərək Avropa Evinin yaranması üçün ciddi bünövrə sayılmalıdır. Avropa Şurası, ATƏT, Avropa Birliyi və digər mühüm Avropa strukturlarının ardıcıl fəaliyyətləri ümumavropa məkanının təşəkkülü, ümumavropa qanunvericilik sisteminin bərqərar olmasına ciddi töhfələr veib, lakin həmin proseslərin daha da sürətlənməsi, Avropa xalqlarını ayıran ən müxtəlif sərhədlərin daha intensiv şəkildə aradan götürülməsini təmin edərək bir sıra imkanlar vardır ki, onlardan istifadə zəruridir", - sənəddə deyilir.

Azərbaycanlı deputata görə, Avropa xalqları və dövlətləri arasında inteqrasiyanın güclənməsinin indisi və gələcəyi üçün ən münasib vasitələrdən biri təhsildir.

"Avropa ölkələrinin təhsil sistemində son llərdə ortaq prinsiplərin tətbiq edilməsində əhəmiyyətl irəliləyişlərə nail olunub. Xüsusən, uzun müddət qapalı rejimlər içərisində mövcud olan və yeni müstəqillik əldə etmiş dövlətlərin təhsil siyasətində aparılan islahatlar, modernləşmə təmayülləri və Avropa standartlarına uyğunlaşma səmtində görülən işlər Ümumavropa təhsil məkanında prinsipial fərqlərin tədricən aradan çıxmasına gətirib çıxarır. Avropa ölkələrində bir sıra əsas fənlər üzrə ortaq dərsliklərin istifadə edilməsi həm qitənin təhsil sistemində daha artıq bütövləşməni təmin edə, həm də Avropa xalqlarının bir-birlərini daha yaxşı tanımasına, intellekt və mənəvi keyfiyyətlər baxımından vahidləşməsinə təsirli təkan verə bilər", - sənəddə qeyd edilir.

"Özünü Avropanın övladı saymaq bilikdən başlanır və bu təməl biliyi də ilk növbədə sabit təhsil sistemi ortaya qoymağa qadirdir. Müştərək dərsliklərin hazırlanması müxtəlif üsullarla həyata keçirilə bilər. Ya ayrı-ayrı qitə ölkələrində olan müvafiq dərsliklərin ən yaxşıları seçilərək onlar zəruri fəsillərlə təkmilləşdirilir, ya da sınaqdan keçmiş uğurlu dərsliklərin təcrübəsi ümumiləşdirilərək tamam yeni dərsliklər hazıranır. Bu sahədə başlıca meyarlardan biri diqqətin Avropa xalqlarını bir-birinə yaxınlaşdıran məqamların əsas fon kimi götürülməsinə yönəldilməsindən ibarətdir. AŞ üzv ölkələr arasında bu istiqamətdə ən nüfuzlu koordinator funksiyasını yerinə yetirə bilər", - tövsiyə üçün təklf sənədində vurğulanır.

Xəbər lenti

Xəbər lenti