...

Ukraynada rəhbər dəyişikliyi ölkənin GUAM-a olan münasibətini dəyişməyəcək - Valeri Çeçelaşvili

Siyasət Materials 28 Yanvar 2010 09:00 (UTC +04:00)
Ukraynadakı rəhbər dəyişikliyi ölkənin GUAM-a olan münasibətinə təsir göstərməyəcək. "Demokratiya və İqtisadi İnkişaf Naminə təşkilat - GUAM"-ın baş katibi Valeri Çeçelaşvili belə hesab edir.
Ukraynada rəhbər dəyişikliyi ölkənin GUAM-a olan münasibətini dəyişməyəcək - Valeri Çeçelaşvili

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir S.Ağayeva/

Ukraynadakı rəhbər dəyişikliyi ölkənin GUAM-a olan münasibətinə təsir göstərməyəcək. "Demokratiya və İqtisadi İnkişaf Naminə təşkilat - GUAM"-ın baş katibi Valeri Çeçelaşvili belə hesab edir.

"GUAM-ın əsas fəaliyyəti bizim ümumi xarici siyasi prioritetlərimizə əsaslanan əsas platformamızdır. Bizim dövlətlərimizin hər birinin əsas xarici siyasət istiqaməti Avropa İttifaqına yaxınlaşmaqdan ibarətdir", - Çeçelaşvili çərşənbə günü Trend -a deyib.

Baş katibin sözlərinə görə, Ukraynadakı bütün siyasi qüvvələr və prezidentliyə iki namizəd Ukraynanın əsas siyasət istiqamətini və ölkənin Avropa İttifaqına yaxınlaşma prioritetlərini dəfələrlə dəstəkləyiblər.

"Buna görə də Ukraynanın GUAM-a dair siyasətinin dəyişməsi üçün heç bir əsas yoxdur. Əksinə, fikirləşirəm ki, Ukraynanın təşkilatda sədrliyi zamanı əməkdaşlıq daha da möhkəmlənəcək", - Çeçelaşvili deyib.

Fevralın 7-də Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək. Yuliya Timoşenko və Viktor Yanukoviç dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar.

GUAM formatı 1997-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb.1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM" kimi elan olunması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti