...

Amerikalı konqresmen Azərbaycan diasporuna 20 yanvar hadisələri ilə bağlı məktub göndərib

Siyasət Materials 29 Yanvar 2010 11:02 (UTC +04:00)
Sovet İttifaqının 1990-cı ilin yanvarındakı hərəkəti Azərbaycan xalqının SSRİ-dən müstəqillik əldə etmək cəhdlərinin qarşısını almağa yönəlmişdi. Bu barədə Amerikalı konqresmen Din Heller (Dean Heller) Azərbaycan diasporuna göndərdiyi məktubda deyib.
Amerikalı konqresmen Azərbaycan diasporuna 20 yanvar hadisələri ilə bağlı məktub göndərib

ABŞ, Vaşinqton, 29 yanvar / Trend , müxbir N.Boqdanova/

Sovet İttifaqının 1990-cı ilin yanvarındakı hərəkəti Azərbaycan xalqının SSRİ-dən müstəqillik əldə etmək cəhdlərinin qarşısını almağa yönəlmişdi. Bu barədə Amerikalı konqresmen Din Heller (Dean Heller) Azərbaycan diasporuna göndərdiyi məktubda deyib.

"20 il əvvəl Azərbaycanda Sovet imperiyasının son amansızlıqlarından biri baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Azərbaycan xalqı arasında yayılmış SSRİ-dən azad olmaq istəklərinin qarşısını almaq məqsədi ilə Azərbaycan paytaxtına daxil oldu. "Qanlı Yanvar" adını almış hadisələr zamanı 100-dən çox Azərbaycan vətəndaşı öldürüldü və yaralandı", - konqresmenin məktubunda deyilir.

Onun sözlərinə görə, "Qanlı Yanvar" Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub.

"Qanlı Yanvar" Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub. Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edib. Hər il yanvarın 19-20-də Azərbaycan vətəndaşları vətəni uğrunda dəyərli canlarından keçən həmyerlilərini xatırlayırlar. Əmin olun ki, mən sizin bu məsələdə fikrinizi xatırlayacam. Dünyada hər kəsin "Qanlı Yanvar" faciəsini xatırlaması və həmin gün canlarından keçənlərin xatirəsini yad etməsi vacibdir", - konqresmen Din Hellerin məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti