...

Azərbaycanda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar respublika əhəmiyyətli avtomobil yollarında qismən problem yaranıb - BDYPİ

Siyasət Materials 5 Fevral 2010 11:27 (UTC +04:00)
Azərbaycanda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq respublika əhəmiyyətli avtomobil yollarında qismən problem yaranıb.
Azərbaycanda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar respublika əhəmiyyətli avtomobil yollarında qismən problem yaranıb - BDYPİ

Azərbaycan, Bakı, 5 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq respublika əhəmiyyətli avtomobil yollarında qismən problem yaranıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidov cümə günü Trend -a bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq bu gün səhər saatlarında İsmayıllı, Qəbələ, Qax, Şəki, Quba və digər istiqamətlərə gedən yollar qismən bağlı olub.

"Müvafiq yol idarələrinin və yol polisi əməkdaşlarının təxirəsalınmaz tədbirləri nəticəsində bağlı yollar açılır", - Məcidov əlavə edib.

Məcidov sürücülərdən xahiş edir ki, fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, sürücülük vərdişləri olmayanlar nəqliyyat vasitələrindən istifadə etməsinlər.

"Piyadalar diqqətli olmalıdırlar, onlar üçün nəzərdə tutulmuş təhlükəsiz yerlərdən keçsinlər", - BDYPİ rəsmisi bildirib.

Məcidov qeyd edib ki, məlum hava şəraiti ilə əlaqədar hələlik yollarda yol qəzaları qeydə alınmayıb.

Fevralın 4-dən 5-nə keçən gecə Azərbaycanın əksər ərazilərində, o cümlədən Bakıda güclü qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, Azərbaycanda buzlu və anomal hava şəraiti fevralın 8-ə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti