...

"Ədalətli Gürcüstan uğrunda hərəkat" Vahid Rusiya Partiyası ilə əməkdaşlığa dair memorandumu rəsmiləşdirəcək

Siyasət Materials 5 Fevral 2010 18:55 (UTC +04:00)
"Ədalətli Gürcüstan uğrunda hərəkat" partiyasının lideri Zurab Noqaideli fevralın 8-də Moskvaya səfər edəcək. O, Trend News-a bildirib ki, Moskvada 5 gün qalacaq.
"Ədalətli Gürcüstan uğrunda hərəkat" Vahid Rusiya Partiyası ilə əməkdaşlığa dair memorandumu rəsmiləşdirəcək

Gürcüstan, Tbilisi, 05 fevral / Trend , müxbir N.Kirsxaliya/

"Ədalətli Gürcüstan uğrunda hərəkat" partiyasının lideri Zurab Noqaideli fevralın 8-də Moskvaya səfər edəcək. O, Trend -a bildirib ki, Moskvada 5 gün qalacaq.

Noqaidelini partiyasının üzvləri müşayət edəcəklər. "Biz hava nəqliyyatı və ticari əlaqələrin bərpa edilməsi üzrə başlanmış dialoqu davam etdirmək niyyətindəyik", - Noqaideli qeyd edib.

O həmçinin vurğulayıb ki, gürcülərin qeydiyyatı məsələsi üzərində də işləyəcək.

Noqaideli səfər çərçivəsində Vahid Rusiya Partiyasının rəhbərliyi ilə də görüşəcək. Onlar əməkdaşlığa dair memorandumu rəsmiləşdirəcəklər.

Xəbər lenti

Xəbər lenti