...

Ermənistan Parlamenti protokolları ratifikasiya edərsə, eyni hərəkəti Türkiyə Parlamentindən gözləmək olmaz - Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri

Siyasət Materials 10 Fevral 2010 17:06 (UTC +04:00)
Ermənistan Parlamenti Ermənistan-Türkiyə protokollarını ratifikasiya edərsə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən eyni hərəkəti Türkiyə Parlamentindən gözləmək olmaz. Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Mustafa Kabakçı belə hesab edir.
Ermənistan Parlamenti protokolları ratifikasiya edərsə, eyni hərəkəti Türkiyə Parlamentindən gözləmək olmaz - Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir R.Hafizoğlu/

Ermənistan Parlamenti Ermənistan-Türkiyə protokollarını ratifikasiya edərsə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən eyni hərəkəti Türkiyə Parlamentindən gözləmək olmaz. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı belə hesab edir.

"Ermənistan Parlamenti protokolları ratifikasiya etsə belə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə Parlamenti sənədləri ratifikasiya etməyəcək. Belə ki, Azərbaycan Türkiyə üçün Ermənistandan daha artıq strateji tərəfdaşdır", - Kabakçı Ankaradan telefonla Trend -a deyib.

Ermənistan Prezidenti Serj Sarkisyan bu gün öz administrasiyasının əməkdaşlarına Ermənistan-Türkiyə protokollarını yaxın günlərdə ölkə parlamentinin ratifikasiyasına göndərmək tapşırığı verib.

Mediamaks-ın xüsusi müxbirinin Londondan bildirdiyi kimi, Ermənistan Prezidenti bu barədə bu gün "Çattem haus" kimi tanınan Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı deyib.

Fevralın 9-da Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülün ünvanına müraciətlə çıxış edərək, Ankaranı əldə olunmuş müqaviləyə riayət etməyə çağırıb.

Kabakçının sözlərinə görə, Türkiyə gələcəkdə də rəsmi Ankaranın Azərbaycana verdiyi sözə sadiq qalacaq.

"Ermənistan Prezidenti Serj Sarkisyan protokolların ratifikasiya üçün parlamentə göndərilməsinə dair qərar versə də, bu, prosesin həyata keçirilməsi anlamına gəlmir", - o belə hesab edir.

Xəbər lenti

Xəbər lenti