...

Bakıda havaya normadan artıq zəhərli qaz buraxan avtomobillərin sürücülərinə qarşı ciddi tədbirlər görüləcək - BDYPİ

Siyasət Materials 12 Fevral 2010 13:22 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev cümə günü Trend News-a bildirib ki, ekologiyanı çirkləndirdiyi üçün ötən ay 103 avtomobil sürücüsü cərimələnib. Hənifəyevin sözlərinə görə, ötən ay paytaxtda qarlı-şaxtalı hava şəraitinin olduğu üçün belə pozuntuların sayı azalıb.
Bakıda havaya normadan artıq zəhərli qaz buraxan avtomobillərin sürücülərinə qarşı ciddi tədbirlər görüləcək - BDYPİ

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda havaya normadan artıq zəhərli qaz buraxan avtomobillərin sürücülərinə qarşı ciddi tədbirlər görüləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev cümə günü Trend -a bildirib ki, ekologiyanı çirkləndirdiyi üçün ötən ay 103 avtomobil sürücüsü cərimələnib. Hənifəyevin sözlərinə görə, ötən ay paytaxtda qarlı-şaxtalı hava şəraitinin olduğu üçün belə pozuntuların sayı azalıb.

Şöbə rəisi bildirib ki, bu il "Ekologiya ili" elan olunduğundan, havaya normadan artıq zərərli qaz buraxan avtomobil sürücüləri ilə mübarizə güclənəcək.

Onun sözlərinə görə, ötən il paytaxtda havanı çirkləndirdiyi üçün 6352 avtomobil sürücüsü barədə inzibati protokol tərtib olunub və onlar şərti maliyyə vahidinin 20 mislindən 30 mislinədək məbləğində cərimələniblər.

Belə avtomobillər sırasına əsasən avtobuslar, yük maşınları və standartlara cavab verməyən digər avtomobillər daxildir.

Meterologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-cu il iyulun 1-dən Avropa standartlarına cavab verməyən avtomobillərin Azərbaycana idxalına qadağa qoyulacaq.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov isə cümə günü Trend -a bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin qərarında BDYPİ-nin üzərinə düşən vəzifələr müəyyənləşdiriləcək.

DİN-in məlumatına görə, respublikada 937 mindən artıq avtomobil var. 2009-cu ildə fiziki və hüquqi şəxslər tərəfindən ölkəyə 75 min ədəd avtomobil gətirilib.

Xəbər lenti

Xəbər lenti