Gürcüstan, Tbilisi, 15 fevral / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze İran İslam Respublikasının Gürcüstandakı səfiri Moctab Demirçilini onun xahişi ilə qəbul edib. Səfir yaxın zamanlarda Gürcüstanda diplomatik missiyasına yekun vuracaq.
Görüş zamanı tərəflər Gürcüstanın XİN-in rəhbəri Qriqol Vaşadzenin İrana səfərini və Gürcüstan-İran əlaqələrinin dərinləşməsinin gələcək perspektivlərini müzakirə ediblər. XİN-in informasiya və mətbuat departamentindən Trend -a deyilib.
Vaşadze səfirin Gürcüstandakı fəaliyyətinə yüksək qiymət verib və ona gələcək işlərində uğurlar arzu edib.