...

Azərbaycan haqqında hazırlanacaq məruzənin obyektiv olacağına ümid edirik - deputat

Siyasət Materials 24 Fevral 2010 12:45 (UTC +04:00)
"Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycan haqqında hazırlayacağı sənədin obyektiv olacağına ümid edirik", - Trend News-un məlumatına görə, çərşənbə günü jurnalistlərə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bildirib.
Azərbaycan haqqında hazırlanacaq məruzənin obyektiv olacağına ümid edirik - deputat

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan haqqında hazırlanacaq məruzənin obyektiv olacağına ümid edirik - deputat

"Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycan haqqında hazırlayacağı sənədin obyektiv olacağına ümid edirik", - Trend -un məlumatına görə, çərşənbə günü jurnalistlərə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bildirib.

Hacıbəylinin sözlərinə görə, mart ayında Avropa Şurası Monitorinq Komitəsində aparılacaq müzakirələrdə Azərbaycan deputatları da iştirak edəcək. "Azərbaycan Avropaya inteqrasiya siyasətinə sadiqdir və demokratiyanın inkişafı naminə uğurlu siyasəti davam etdirməkdədir", - millət vəkili əlavə edib.

Fevral ayının əvvəllərində AŞ-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel Debona Qrex ölkəmizdə səfərdə olublar. Həmməruzəçilərin Azərbaycandakı vəziyyətlə bağlı hazırlayacaqları hesabatın AŞPA-da iyun ayında müzakirəyə çıxarılacağı gözlənilir. Bundan əvvəl isə həmməruzəçilərin hazırlayacağı sənəd AŞPA-nın Monitorinq Komitəsində müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti