...

Azərbaycanın Daşkəsən rayonundakı N saylı hərbi hissədə baş verən silahlı insidentlə bağlı dörd nəfər saxlanılıb - hərbi prokuror

Siyasət Materials 26 Fevral 2010 11:30 (UTC +04:00)
Azərbaycanın Daşkəsən rayonundakı (paytaxt Bakıdan 400 kilometr qərbdə) N saylı hərbi hissədə baş vermiş silahlı insidentlə bağlı dörd nəfər saxlanılıb. Trend News-un məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.
Azərbaycanın Daşkəsən rayonundakı N saylı hərbi hissədə baş verən silahlı insidentlə bağlı dörd nəfər saxlanılıb - hərbi prokuror

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Daşkəsən rayonundakı (paytaxt Bakıdan 400 kilometr qərbdə) N saylı hərbi hissədə baş vermiş silahlı insidentlə bağlı dörd nəfər saxlanılıb. Trend -un məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.

"Silahlı insidentlə bağlı istintaq davam edir. Faciənin motivi barədə dəqiq heç nə deyə bilmərəm. İstintaq başa çatandan sonra ictimaiyyətə geniş məlumat veriləcək", - hərbi prokuror əlavə edib.

Yanvarın sonunda Daşkəsəndəki N saylı hərbi hissədə baş verən silahlı insident zamanı 6 nəfər ölüb, 2-si isə yaralanıb.

Respublika Hərbi Prokurorluğundan Trend -a verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti