...

Daşkənddə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Siyasət Materials 26 Fevral 2010 19:33 (UTC +04:00)
Azərbaycanın Özbəkistandakı səfirliyi cümə günü Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirib.
Daşkənddə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Özbəkistan, Daşkənd, 26 fevral / Trend , müxbir D.Əzizov/

Azərbaycanın Özbəkistandakı səfirliyi cümə günü Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirib.

Tədbir ərəfəsində səfirlik Özbəkistanın dövlət və ictimai təşkilatlarında, həmçinin diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlarda erməni millətçi və terrorçu qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi 1992-ci il hadisələri barədə materiallar yayıb.

Səfirlikdə "Xocalı soyqırımı", "Xocalı faciəsi barədə kütləvi informasiya vasitələri", "Xocalı faciəsi çap nəşrlərində" stendləri nümayiş olunub.

Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev Azərbaycan diasporunun, Özbəkistanın ictimai təşkilatları və beynəlxalq təşkilatların nümayəndələrinə erməni millətçilərinin vandalızmı barədə danışıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Erməni quldur birləşmələrinin hücumu zamanı Xocalıda 600-dan çox adam öldürülüb, qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

İştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Akif Əliyev qeyd edib ki, Xocalı soyqırımı XX əsr dünya tarixinin ən dəhşətli səhifələrindən biridir və erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti faktlarından biridir. "Ancaq Azərbaycan hökuməti tərəfindən və şəxsən Prezident İlham Əliyev tərəfindən sərf edilən qüvvə nəticəsində dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında həqiqi məlumatlar əldə edir", - Əliyev vurğulayıb.

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin üzvü istefada olan polkovnik-leytenant, hadisələrin birbaşa şahidi olan Elmir Şaripov erməni millətçilərinin dinc Azərbaycan əhalisnə qarşı törətdiyi cinayətlərdən danışıb. O, milliyətcə özbəkdir və 1991-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılıb və Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edib və yaralanıb. O, həmçinin müasir dövrdə Azərbaycan Milli Ordusunda baş verən köklü dəyişikliklər barədə danışıb.

Tədbir çərçivəsində iştirakçılara İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən təsis edilən "Xocalıya Ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti