...

Aİ nümayəndə heyəti Gürcüstan-Rusiya sərhəddində "Yuxarı Lars" NBM-də olub

Siyasət Materials 3 Mart 2010 13:12 (UTC +04:00)
Aİ-də sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosun rəhbərliyi ilə Avropa İttifaqı nümayəndə heyəti bu gün Gürcüstan-Rusiya sərhəddində "Yuxarı Lars" nəzarət-buraxılış məntəqəsində olub. Nümayəndə heyəti NBM-ə birbaşa Tbilisi hava limanından gedib. Nümayəndə heyəti bu gün səhər Gürcüstana ikigünlük səfərə gəlib.
Aİ nümayəndə heyəti Gürcüstan-Rusiya sərhəddində "Yuxarı Lars" NBM-də olub

Gürcüstan, Tbilisi, 3 mart / Trend , müxbir N.Kirsxaliya/

Aİ-də sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosun rəhbərliyi ilə Avropa İttifaqı nümayəndə heyəti bu gün Gürcüstan-Rusiya sərhəddində "Yuxarı Lars" nəzarət-buraxılış məntəqəsində olub. Nümayəndə heyəti NBM-ə birbaşa Tbilisi hava limanından gedib. Nümayəndə heyəti bu gün səhər Gürcüstana ikigünlük səfərə gəlib.

"Sərhəddə vəziyyəti öyrənmək və NBM-in Gürcüstan-Rusiya münasibətlərinin yaxşılaşmasına nə dərəcədə xidmət etdiyini görmək bizim üçün çox vacibdir. Biz hamımız bunda maraqlıyıq", - Moratinos sərhəddə jurnalistlərlə söhbətində bildirib.

O, Aİ-nin sərhəddə və Gürcüstanın işğal edilmiş ərazilərində vəziyyətə nəzarət edən monitorları ilə görüşüb.

Aİ nümayəndə heyətinin səfəri çərçivəsində Gürcüstanın təhlükəsizlik siyasəti, həmçinin Avropa İttifaqı Müşahidəçilər Missiyasının (МНЕС) Gürcüstanda rolu və onun mandatının Abxaziya və Cənubi Osetiya ərazisində həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Gürcüstana səfər çərçivəsində nümayəndə heyətinin təmsilçiləri ölkə prezidenti Mixail Saakaşvili, XİN rəhbəri Qriqol Vaşadze, Parlamentin sədri Дavid Bakradze, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili, həmçinin siyasi partiyaların nümayəndələri ilə görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti