...

Prezident İlham Əliyev Beynəlxalq humanitar yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 5 Mart 2010 23:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Beynəlxalq humanitar yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev Beynəlxalq humanitar yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Beynəlxalq humanitar yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

1. Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Əli Həsənov -Azərbaycan Respublikası Baş nazirinin
müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Komissiyanın üzvləri:

Fatma Abdullazadə -Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri
Mahmud Məmməd-Quliyev -Azərbaycan Respublikası xarici işlər
nazirinin müavini
Əsgər Ələkbərov -Azərbaycan Respublikası daxili işlər
nazirinin müavini
Orucəli Hacıyev -Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Vilayət Zahirov -Azərbaycan Respublikası ədliyyə nazirinin
müavini
Sahir Məmmədxanov -Azərbaycan Respublikası vergilər nazirinin müavini
Sevinc Həsənova -Azərbaycan Respublikası iqtisadi inkişaf
nazirinin müavini
İlqar Rəhimov -Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Elmar Qasımov -Azərbaycan Respublikası təhsil nazirinin
müavini
Elsevər Ağayev -Azərbaycan Respublikası səhiyyə nazirinin
müavini
Səfər Mehdiyev -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Zakir Babayev -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini
Fərdil Məmmədov -"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin vitse-prezidenti
Pərviz Musayev -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
İlyas Əliyev -Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini
Novruzəli Aslanov -Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri
Qurban Sadıqov -Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri

2. "Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 62 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 97; 2007-ci il, № 9, maddə 871; 2008-ci il, № 9, maddə 797) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

Xəbər lenti

Xəbər lenti