...

Azərbaycan daxili işlər orqanlarındakı vakant yerlərə imtahan keçiriləcək

Siyasət Materials 12 Mart 2010 17:33 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, respublikanın şəhər, rayon daxili işlər orqanlarında vakant olan 50 orta rəis heyəti vəzifələrinin tutulması məqsədi ilə elan olunan müsabiqənin test imtahanı mərhələsində 79 namizəd iştirak edəcək.
Azərbaycan daxili işlər orqanlarındakı vakant yerlərə imtahan keçiriləcək

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan daxili işlər orqanlarındakı vakant yerlərə elan edilmiş müsabiqənin test imtahanları martın 13-də keçiriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, respublikanın şəhər, rayon daxili işlər orqanlarında vakant olan 50 orta rəis heyəti vəzifələrinin tutulması məqsədi ilə elan olunan müsabiqənin test imtahanı mərhələsində 79 namizəd iştirak edəcək.

Namizədlər cinayət-axtarış xidmətində (8 nəfər), təhqiqat xidmətində (5), polis sahə inspektoru vəzifəsində (25) və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsində (12) yerə təyinat üçün imtahan verəcəklər.

İmtahanların gedişi qeyri-hökumət təşkilatları və respublikamızda akkreditə olunmuş səfirliklərin nümayəndələri tərəfindən müşahidə ediləcək.

Müsabiqənin test mərhələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Bakı Qızlar Universitetinin inzibati binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti