...

İranın Azərbaycandakı səfirliyi Novruz bayramının ölkəsində qadağan olunması barədə yayılan məlumatları təkzib edib

Siyasət Materials 17 Mart 2010 15:44 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq, Azərbaycanın bəzi KİV-lərində İranda bu il Novruz bayramının qadağan olunması barədə yayılan məlumatları təkzib edib.
İranın Azərbaycandakı səfirliyi Novruz bayramının ölkəsində qadağan olunması barədə yayılan məlumatları təkzib edib

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq, Azərbaycanın bəzi KİV-lərində İranda bu il Novruz bayramının qadağan olunması barədə yayılan məlumatları təkzib edib. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend -a məlumat verilib.

Bəyanatda bildirilir ki, Novruz bayramı həm də İranda yeni ilin başlanmasıdır. "Bu bayram İranda həmişə qeyd olunub və iranlılar çox qədim zamanlardan bu bayramı qeyd edirlər. Ötən illərdə olduğu kimi, bu il də Novruz bayramı bütün iranlılar tərəfindən qeyd olunacaq və İranın ali rəhbəri ayətullah Əli Xamneyi İranda yeni ilin başlanması və Novruz bayramı münasibətilə bütün iranlıları və digər xalqları təbrik edəcək", - bəyanatda deyilir.

Bu gün Azərbaycanın bəzi KİV-lərində İranda bu il Novruz bayramının qadağan olunması barədə məlumatlar dərc olunub.

Xəbər lenti

Xəbər lenti