...

Azərbaycan DİN-in ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilib

Siyasət Materials 19 Mart 2010 19:14 (UTC +04:00)
Azərbaycan daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun iştirakı ilə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2010-cu tədris ilinin ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilib.
Azərbaycan DİN-in ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilib

Azərbaycan, Bakı, 19 mart / Trend /

Cümə günü Azərbaycan daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun iştirakı ilə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2010-cu tədris ilinin ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilib. Bu barədə DİN-dən Trend -a daxil olan məlumatda bildirilir.

Məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev bu münasibətlə sıra meydanına düzülmüş şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə nazir müavininə raport verdikdən sonra, xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təntənəli mərasimdə çıxış edən nazir müavini Ələkbərov mərasim iştirakçılarını DİN rəhbərliyi və şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmələri, şərəfli "Polis Andı"nı qəbul etmələri münasibətilə təbrik edib, onlara seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulayıb, onlara xidmətləri boyunca ulu öndərin ideallarına, möhtərəm Prezidentimizin siyasətinə, Vətənə və xalqa sədaqətli olmalarını tövsiyə edib.

Dinləyicilər üçün yaradılan şəraitin də təhsilin keyfiyyətinə təsir etdiyini vurğulayan nazir müavini, məktəbdə əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş yataqxana korpusunun yaxşı sosial şəraitə malik olduğunu, müasir tələblər səviyyəsində təmir edildiyini, dinləyicilər üçün normal məişət xidmətinin yaradıldığını bildirib.

Mərasim şəxsi heyətin nizami addımlarla tribuna önündən keçməsi ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti