...

Gürcüstan vətəndaşlarının növbəti qrupu Polşadan deportasiya ediləcək

Siyasət Materials 26 Mart 2010 11:07 (UTC +04:00)
Martın 30-da Gürcüstan vətəndaşlarının növbəti qrupu Polşadan deportasiya ediləcək. Gürcüstanın Polşadakı səfiri İrakli Kavtaradze bildirib ki, Gürcüstan vətəndaşları ilə yanaşı, Ermənistan vətəndaşları da deportasiya olunacaq.
Gürcüstan vətəndaşlarının növbəti qrupu Polşadan deportasiya ediləcək

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirsxaliya/

Martın 30-da Gürcüstan vətəndaşlarının növbəti qrupu Polşadan deportasiya ediləcək. Gürcüstanın Polşadakı səfiri İrakli Kavtaradze bildirib ki, Gürcüstan vətəndaşları ilə yanaşı, Ermənistan vətəndaşları da deportasiya olunacaq.

Onun sözlərinə görə, qaçqınlar düşərgəsində Gürcüstanın 10 vətəndaşı deportasiyanı gözləyir. Onlar Ermənistan vətəndaşları ilə birlikdə Varşava - Vyana - Tbilisi - Yerevan xüsusi reysi ilə gedəcəklər.

Xəbər lenti

Xəbər lenti