...

Türkmənistan qonşu İranla əlaqələri möhkəmləndirməlidir – Prezident Qurbanqulu Berdımuhəmmədov

Siyasət Materials 27 Mart 2010 11:47 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov şənbə günü regional bayram olan Novruz Bayramı münasibətilə keçirilən mərasimlərdə iştirak etmək üçün İrana işgüzar səfər edəcək.
Türkmənistan qonşu İranla əlaqələri möhkəmləndirməlidir – Prezident Qurbanqulu Berdımuhəmmədov

Türkmənistan, Aşqabat, 27 mart / Trend , H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov şənbə günü regional bayram olan Novruz Bayramı münasibətilə keçirilən mərasimlərdə iştirak etmək üçün İrana işgüzar səfər edəcək.

O, bir gün öncə hökumət iclasında yaxın qonşular, o cümlədən, ölkənin xarici siyasi əməkdaşlığının əsas vektorlarından biri qismində çıxış edən İranla hərtərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyinə diqqət yönəldib.

Türkmənistan hökumətinin mətbuat xidmətindən bildirildiyi kimi, Tehrandakı bu mərasimlərə bir sıra qonşu ölkələrin dövlət başçıları da dəvət olunub.

"Böyük iqtisadi və resurs potensialına malik olan Türkmənistan və İran bütün regionun maraqlarında  genişmiqyaslı layihələrə ikitərəfli marağını daha tez-tez ifadə edir. Burada böyük təcrübənin qarşılıqlı şəkildə zənginləşdirilməsi də vacibdir", - məlumatda deyilir.

Trend xəbər verir ki, Türkmənistan 2010-cu ildə "Dövlətabad" yatağından əlavə qaz kəmərinin işə salınması nəticəsində İranın şimal əyalətlərinə təbii qaz ixracını artırıb. İki ölkə Mərkəzi Asiya və Fars körfəzi ölkələri arasında dəmir yolu dəhlizi üzrə birgə layihə həyata keçirir.

Türkmənistan hökumətinin mətbuat xidməti bildirir ki, çoxtərəfli görüşlərin qeyri-formal xarakterinə baxmayaraq, Türkmənistan dövlət başçısının qarşıdakı işgüzar səfərini Türkmənistan - İran münasibətlərində əsrlərboyu davam edən yeni parlaq səhifə kimi görmək olar".

Bu ildən başlayaraq Novruz ilk dəfə olaraq beynəlxalq bayram kimi qeyd edilir.

Bu qərar BMT Baş Assembleyasının 64-cü sessiyasının xüsusi qətnaməsi ilə həyata keçirilib. Sözügedən layihə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin iştirakı ilə işlənilib-hazırlanıb.

Xəbər lenti

Xəbər lenti