...

İlham Əliyev Banqladeş Prezidentini Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 27 Mart 2010 12:11 (UTC +04:00)
Prezident İlham Əliyev Banqladeş Prezidenti Zillur Rəhmana ünvanladığı təbrikdə ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib.
İlham Əliyev Banqladeş Prezidentini Müstəqillik günü münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 27 mart / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Prezidentini Müstəqillik günü münasibətilə təbrik edib. Şənbə günü AzərTAc Dövlət Agentliyi xəbər yayıb.

Prezident İlham Əliyev Banqladeş Prezidenti Zillur Rəhmana ünvanladığı təbrikdə ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib.

"Banqladeşin milli bayramı - Müstəqillik günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu bayram günündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına sülh və tərəqqi arzulayıram", - təbrikdə bildirilir.

Xəbər lenti

Xəbər lenti