...

AŞPA rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana ilk rəsmi səfər edəcək

Siyasət Materials 2 Aprel 2010 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir S.Ağayeva/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu bu beynəlxalq təşkilatın rəhbəri postunda ilk dəfə aprelin 14-16-da Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Trend-ə AŞPA-dan məlumat verilib.

Səfər zamanı AŞPA rəhbəri Azərbaycanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsini və ölkə ilə əməkdaşlıq perspektivlərinin müzakirəsini planlaşdırır.

Avropa Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin eks-rəhbəri Mövlud Çavuşoğlu yanvarda bu təşkilata yenidən sədr seçilib.

41 yaşlı türkün namizədliyinə assambleya üzvlərinin çoxu səs verib. O, təşkilata iki il rəhbərlik edəcək

Ondan əvvəl AŞPA-ya ispaniyalı Luis Mariya de Puç sədrlik edib.

Xəbər lenti

Xəbər lenti