Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın iki müxalifət partiyası deputatlığa namizədləri birgə müəyyənləşdirəcək.
"Azərbaycan Demokrat Partiyası ilə namizədlərin müəyyənləşdirilməsində heç bir problem olmayacaq. Namizədlərin birgə müəyyənləşdirilməsi üçün digər partiyalarla da danışıqlar gedir", - çərşənbə günü Trend-ə Ümid Partiyası sədrinin müavini Ənvər Ağayev bildirib.
Trend-in arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Ağayevin sözlərinə görə, müxalifət seçkilərə birgə getməyəcəksə, Ümid və Demokrat partiyaları namizədlərini birgə razılaşdırmağa məcbur olacaq. "Bizim razılaşmaya digər partiyaların qoşulacağı da istisna olunmur", - partiya funksioneri əlavə edib.
Ağayev deyib ki, partiyanın Rəyasət Heyəti artıq 31 nəfərin namizədliyini təsdiqləyib. "İddialı namizədlərin sayı isə 70-dən çoxdur. Əgər müxalifət daxilində ümumi razılaşma əldə olunarsa, təbii ki, deputatlığa namizədlərin siyahısına yenidən baxılacaq. Bu halda daha çox seçilmək şansı olan namizədlərin siyahısı bir daha müəyyənləşdiriləcək", - o, vurğulayıb.
Müхаlifəti təmsil еdən Ümid Pаriyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə Vətəndаş Birliyi Pаrtiyаsı (VBP) Ümid Pаriyаsınа birləşib. VBP-nin sədri оlmuş İqbаl Аğаzаdə Ümid Pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.