...

Azərbaycanda Avropa İttifaqının insan hüquqları müdafiəçilərinə dair təlimatların icrası üçün yerli strategiya hazırlanır

Siyasət Materials 9 Aprel 2010 10:58 (UTC +04:00)
Avropa İttifaqının insan hüquqları müdafiəçilərinə dair təlimatların icrası üçün yerli strategiya hazırlanır
Azərbaycanda Avropa İttifaqının insan hüquqları müdafiəçilərinə dair təlimatların icrası üçün yerli strategiya hazırlanır

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Belçika Səfirliyi Avropa İttifaqında sədrlik edən ölkənin yerli nümayəndəliyi olaraq, Avropa İttifaqı Nümayəndəliyi və Aİ-yə digər üzv dövlətlərin diplomatik missiyaları ilə əməkdaşlıq etməklə Azərbaycanda insan hüquqları müdafiəçiləri üzrə yerli strategiya hazırlamağa başlayacaq. Bu barədə cümə günü Belçikanın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycanda insan hüquqları təşkilatları yerli strategiyanın hazırlanması və onun icrasında yaxından iştirak edəcəklər.

İnsan, siyasi və vətəndaş hüquqları Avropa İttifaqının əsas dəyərləridir, insan hüquqları müdafiəçilərinin dəstəklənməsi isə Avropa İttifaqının xarici siyasətlərinin əsas prioritetlərindən biridir. Beynəlxalq norma və standartlara uyğun olaraq insan hüquqları müdafiəçilərinin hüquqlarına hörmət etmək və onları qorumaq sahəsində öhdəliklərin yerinə yetirilməsində tərəfdaş ölkələri dəstəkləmək Aİ-nın məqsədini təşkil edir.

Avropa İttifaqı öz xarici əlaqələrində insan hüquqları müdafiəçilərinin qorunmasını səmərəliləşdirmək üçün təlimatlar qəbul edib. Bu təlimatlarda bütün dünyadakı insan hüquqları müdafiəçilərinə göstərilən yardımın artması və onların qorunması üçün konkret tədbirlər müəyyən edilir. Təlimatların icra edilməsi üçün bir çox ölkələrdə strategiyalar hazırlanıb.

Xəbər lenti

Xəbər lenti