...

Azərbaycanda hüquqi elmi tədqiqatların aparılmasına qrantlar ayrılmalıdır - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 9 Aprel 2010 12:28 (UTC +04:00)
Azərbaycanın hüquq elmində elmi tədqiqatların aparılması üçün qrantlar ayrılmalıdır. Trend-in məlumatına görə, bu təkliflə Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev "Azərbaycanda hüquqi dövlət quruculuğunun, hüquqşünas kadrlarının hazırlanmasının və hüquq elminin inkişafının aktual problemləri" mövzusunda keçirilmiş beynəlxalq konfransda deyib.
Azərbaycanda hüquqi elmi tədqiqatların aparılmasına qrantlar ayrılmalıdır - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın hüquq elmində elmi tədqiqatların aparılması üçün qrantlar ayrılmalıdır. Trend-in məlumatına görə, bu təkliflə Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev "Azərbaycanda hüquqi dövlət quruculuğunun, hüquqşünas kadrlarının hazırlanmasının və hüquq elminin inkişafının aktual problemləri" mövzusunda keçirilmiş beynəlxalq konfransda deyib.

"Hüquqşünasları elmi tədqiqatlar aparmağa həvəsləndirmək lazımdır. Bütün dünya ölkələrində olduğu kimi bu sahəyə qrantlar ayrılmalıdır", - Əliyev deyib.

Onun sözlərinə görə, qrantların verilməsində xüsusilə özəl ali təhsil müəssisələri maraqlı olmalıdır.

Azərbaycanda kifayət qədər özəl ali təhsil müəssisələrinin olduğunu diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi bildirib ki, həmin ali təhsil müəssisələri hüquq elminin praktik istiqamətinə aid müəyyən mövzular üzrə hüquqşünaslara qrantlar ayıra bilər.

"Özəl təhsil müəssisələri belə qrantların ayrılması üçün maraqlı olmalıdırlar, bu həmin təhsil müəssisəsinin nüfuzunun artmasına,
tələbələrdə həmin təhsil müəssisəsinə marağın yaranmasına və Azərbaycan hüquq elminin inkişafına təkan verə bilər", - o deyib.

Xəbər lenti

Xəbər lenti