...

Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatı 1989-cu il aprel hadisələrində həlak olanların xatirəsini yad edib

Siyasət Materials 9 Aprel 2010 17:35 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatının nümayəndələri bu gün Tbilisidə 1989-cu il aprelin 9-da ölkədə baş vermiş faciəvi hadisələr zamanı həlak olanların abidəsi önünə əklil qoyublar.
Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatı 1989-cu il aprel hadisələrində həlak olanların xatirəsini yad edib

Gürcüstan, Tbilisi, 9 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatının nümayəndələri bu gün Tbilisidə 1989-cu il aprelin 9-da ölkədə baş vermiş faciəvi hadisələr zamanı həlak olanların abidəsi önünə əklil qoyublar. Gürcüstanda təhsil alan təxminən 60 azərbaycanlı tələbə Gürcüstanın azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər.

Gürcüstanda 9 aprel - Müstəqilliyin Bərpası Günü, ağır texnika və ağır gözyaşardıcı qazdan istifadə edərək minlərlə əhalinin iştirak etdiyi mitinqin dağıdılması - 1989-cu il hadisələrinin 21-ci ildönümü qeyd olunur.

Ənənə üzrə bu gün tbilisililər parlament binasına aparan pilləkanları zanbaqlarla bəzəyiblər. Paytaxt sakinləri gecədən faciənin baş verdiyi yerlərdə toplaşırlar.

Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatı 2009-cu ildə yaradılıb, əvvəlcə təşkilat təşəbbüskar qrup kimi fəaliyyət göstərib. Təşkilatın əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasıdır. Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatının sədri Samir İsmayılov da tədbirdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti