Gürcüstan, Tbilisi, 10 aprel /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanda Rusiyanın bu ölkəyə qarşı 200 illik siyasətinə dair tarixi həqiqətlərin və faktların müəyyən olunması ilə bağlı komissiya yaradılacaq. İşğal Muzeyi barədə təşəbbüs irəli sürən Prezident Mixail Saakaşvili bildirib ki, "tarix, xüsusilə də ən yeni tarix haqqında adekvat bilik bu gün bizim üçün heç zaman olmadığı qədər aktualdır".
"Bu, mübarizəni davam etdirmək və pis hadisələrdən qaçmaq üçün əsas vəzifələrdən biridir. Kim düşünürsə ki, tarix yalnız dərsliklərdə əksini tapıb və ya pis hadisələr yalnız hansısa televiziyanın çaxnaşmaya səbəb olan verilişində baş verə bilər, mən onlara məsləhət görürəm ki, heç olmasa, son günlər postsovet ölkələrinin birində baş verən hadisələri diqqətlə izləsinlər, həmçinin bizim torpaqlarımızda - Abxaziya və Sxinvali regionunda baş verənləri izləsinlər", - bildirib.
Komissiyaya Kembric Universitetinin doktorantı Vasil Ruxadze və ekspert Tornike Şaraşenidze rəhbərlik edəcək.