Gürcüstanın hökumət iclası faciəvi şəkildə həlak olan Polşa Prezidentinin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb

Siyasət Materials 10 Aprel 2010 17:05 (UTC +04:00)
Gürcüstanın Tbilisidəki bugünkü hökumət iclası bir dəqiqəlik sükutla başlayıb. Gürcüstanın Baş naziri Nika Qiluarinin təklifi ilə nazirlər təyyarə qəzasında həlak olmuş Polşa Prezidenti Lex Kaçinskinin xatirəsini bir dəqiqəıik sükutla yad ediblər.
Gürcüstanın hökumət iclası faciəvi şəkildə həlak olan Polşa Prezidentinin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb

Gürcüstan, Tbilisi, 10 aprel /Trend, müxbir N.Kirsxalia/

Gürcüstanın Tbilisidəki bugünkü hökumət iclası bir dəqiqəlik sükutla başlayıb. Gürcüstanın Baş naziri Nika Qiluarinin təklifi ilə nazirlər təyyarə qəzasında həlak olmuş Polşa Prezidenti Lex Kaçinskinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

"Polşa Prezidenti Gürcüstan xalqının böyük dostu idi, və biz Polşa xalqına və Prezidentin yaxınları və qohumlarına başsağlığı veririk", - o deyib.

Baş nazirin müavini Qiorqi Baramidze başağlığı verib və öz növbəsində bildirib ki, Kaçinski 2008-ci il avqust hadisələri zamanı beş ölkənin prezidentlərinin gəlişinin təşəbüskarı olub və Gürcüstan xalqının böyük dostu idi. "Biz onun birmənalı olaraq dəstək verdiyinə görə həmişə minnətdar olmuşuq və ümid edirik ki, araşdırmalar obyektiv nəticə verəcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti