Gürcüstan, Tbilisi, 12 aprel /Trend, müxbir N.Kirsxaliya/
Əmək, səhiyyə və sosial müdafiə naziri Aleksandr Kvitaşvili İrlandiyada işgüzar səfərdədir. O, aprelin 12-16-da Dublində keçiriləcək əmək sistemi üzrə konfransda iştirak edəcək. Tədbirin təşkilatçıları Beynəlxalq Əmək Təşkilatı və Avropa İttifaqının TAIEX proqramıdır.
Trend-ə Səhiyyə Nazirliyindən verilən məlumata görə, səfərdə əsas məqsəd Gürcüstanda sosial dialoqun canlandırılması və İrlandiyanın təcrübəsinin öyrənilməsidir.
Nazirlə birlikdə konfransda İşəgötürənlər Assosiasiyasının prezidenti Elquca Meladze, Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili də iştirak edəcək.
Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi, İşəgötürənlər Assosiasiyası və Həmkarlar İttifaqları Birliyi arasında üçtərəfli görüş 2008-ci ilin dekabrında başlayıb. Dialoq çərçivəsində İrlandiyaya səfər planlaşdırılıb; belə ki, bu ölkənin sosial dialoq üzrə 30 illik təcrübəsi var.