...

Azərbaycanın hakim partiyası Avropa Xalq Partiyasına üzv olan ölkələrin nazirlərinin konfransında iştirak edəcək

Siyasət Materials 13 Aprel 2010 15:16 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Madriddə keçiriləcək Avropa Xalq Partiyasının üzvü olan ölkələrin iqtisadiyyat və maliyyə nazirlərinin konfransında təmsil olunacaq.
Azərbaycanın hakim partiyası Avropa Xalq Partiyasına üzv olan ölkələrin nazirlərinin konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası Madriddə keçiriləcək Avropa Xalq Partiyasının üzvü olan ölkələrin iqtisadiyyat və maliyyə nazirlərinin konfransında təmsil olunacaq.

"Aprelin 15-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək tədbirdə quruma daxil olan dövlətlər arasında münasibətlərin perspektivləri, maliyyə problemləri və dünya iqtisadi böhranından çıxış yolları müzakirə ediləcək". - Trend-in məlumatına görə, çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Avropa Xalq Partiyasının (AXP) Avropanın nüfuzlu qurumlarından olduğunu qeyd edən Əhmədov vurğulayıb ki, YAP ilə AXP arasında əməkdaşlıq getdikcə daha da intensivləşir. "Bu əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiya prosesini sürətləndirən vacib elementlərdən biridir. Digər tərəfdən isə bu, YAP-ın Avropa strukturları və bölgənin ən güclü partiyaları ilə əməkdaşlığı genişləndirməsinin sübutudur", - sədr müavini əlavə edib.

İcra katibi deyib ki, AXP-yə Almaniyanın federal kansleri Angela Merkelin, Fransa Prezidenti Nikolya Sarkozinin rəhbərlik etdiyi partiyalar, ümumilikdə, Avropa dövlətlərinin 70-dən çox nüfuzlu partiyası daxildir. "AXP-nın prezidenti, Belçikanın keçmiş Baş naziri Vilfred Martinsin Azərbaycana səfəri AXP-nin ölkəmizə verdiyi önəmin təzahürüdür. Martins Avropada münasibətlərin formalaşmasında çox nüfuzlu siyasətçilərdən biridir", - Əhmədov xatırladıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti