...

1915-ci il hadisələri soyqırım deyil - Türkiyənin erməni icması

Siyasət Materials 14 Aprel 2010 12:18 (UTC +04:00)

Türkiyədəki erməni icmasının nümayəndələri bildiriblər ki, 1915-ci il Osmanlı İmperiyasında baş verən hadisəni "soqırım" adlandırmaq olmaz. Onların sözlərinə görə, bu, vətəndaş müharibəsi olub. "Osmanlı İmperiyasında yaşayan həm ermənilər, həm türklər və həm də digər millətlərin nümayəndələri bundan əziyyət çəkib", - Türkiyə qəzeti "Hürriyyət" məlumat verir.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar. Soyqırımın ildönümü ilə əlaqədar apreldə erməni lobbisi dünya ölkələrinin parlamentlərində, əsasən də ABŞ Konqresində öz fəaliyyətini gücləndirəcək.

Xəbər lenti

Xəbər lenti