...

Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib

Siyasət Materials 15 Aprel 2010 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettingeri qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Görüş zamanı tərəflər Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional enerji layihələri ətrafında fikir mübadiləsi aparıblar.

Məmmədyarov Azərbaycanın enerji layihələrinin dünya bazarlarını əlavə enerji ehtiyatları ilə təchiz etməyə yönəldiyini və enerjidaşıyıcılarının çatdırılmasında diversifikasiyaya üstünlük verdiyini vurğulayıb.

Oettinger Azərbaycanın Aİ-nin enerji təminatında mühüm rol oynadığını bildirib və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti