...

Gürcüstan hakimiyyəti bu gecə Velissixe kəndində 600 ailəni evakuasiya edib

Siyasət Materials 23 Aprel 2010 10:39 (UTC +04:00)
Bu gecə Qurcaani Bələdiyyəsinin Velissixe kəndindən (Kaxeti regionu, Şərqi Gürcüstan) 600 ailə mümkün ekoloji təhlükə ilə əlaqədar təcili evakuasiya olunub. Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, evakuasiya Çeremi kəndində su anbarının divarlarının zədələnməsi səbəbindən həyata keçirilib. Belə ki, divarın uçması nəticəsində Velissixe kəndini su basa bilərdi.
Gürcüstan hakimiyyəti bu gecə Velissixe kəndində 600 ailəni evakuasiya edib

Gürcüstan, Tbilisi, 23 aprel /Trend, müxbir N.Kirsxaliya/

Bu gecə Qurcaani Bələdiyyəsinin Velissixe kəndindən (Kaxeti regionu, Şərqi Gürcüstan) 600 ailə mümkün ekoloji təhlükə ilə əlaqədar təcili evakuasiya olunub. Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, evakuasiya Çeremi kəndində su anbarının divarlarının zədələnməsi səbəbindən həyata keçirilib. Belə ki, divarın uçması nəticəsində Velissixe kəndini su basa bilərdi.

Daxili işlər naziri Vano Merabişvili, ətraf mühit və təbii ehtiyatlar naziri Qoqa Xaçidze, yerli rəhbərlik bütün gecəni hadisə yerində olublar.

Xaçidze jurnalistlərə bildirib ki, daşqın və sürüşmə ehtimalı var ki, bu da çoxsaylı tələfata səbəb ola bilər. "Bizim mütəxəssislər su anbarında suyun səviyyəsini daim izləyirlər. Yağış davam edərsə, ekoloji təhlükə çox realdır", - o vurğulayıb.

Əhalinin evakuasiyası ilə patrul polisi məşğul olub.

Yerli sakinlərin dediklərinə görə, bir qadın ürək partlamasından vəfat edib.

Hələlik ekoloji fəlakət zonasında vəziyyət sakitdir.

Xəbər lenti

Xəbər lenti