...

Tarixdə "erməni soyqırımı" adlı hadisə olmayıb və bu, siyasətçilərin uydurma problemidir - Azərbaycanın vitse-spikeri

Siyasət Materials 24 Aprel 2010 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin vitse-spikeri bəyan edib ki, tarixdə "erməni soyqırımı" adlı hadisə olmayıb və bu, erməni siyasətçilərinin uydurma problemidir.

"Azərbaycan bir daha bəyan edir ki, tarixdə "erməni soyqırımı" adlı hadisə baş verməyib, bu, erməni siyasətçilərinin uydurma problemidir, erməni maraqlarına xidmət edən dairələrin bu bölgədə Türkiyə və Azərbaycana qarşı öz maraqlarının reallaşdırılması istiqamətində yeritdiyi siyasətdir", - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə vitse-spiker Bahar Muradova bildirib.

Trend-in arayışı: Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Muradova bildirib ki, bu məsələlərə qarşı mübarizənin təşkil olunmasında Azərbaycan hər zaman Türkiyənin yanındadır.

"Həm Azərbaycan xalqı türk xalqı ilə, həm Azərbaycan rəsmiləri Türkiyə rəhbərliyi ilə birlikdə mübarizə aparmaq əzmini ortaya qoyub və biz dəfələrlə bunu faktlarla ortaya qoymuşuq. Azərbaycanla Türkiyə öz münasibətləri ilə bütün mərhələlərdə bir yerdə olduqlarını sübut ediblər, zaman birgə siyasət təcrübəsinin müsbət olduğunu sübut edib. Kimlərin necə düşünməsindən asılı olmayaraq, Azərbaycan ilə Türkiyə bir yerdə olmalıdır və bu birliyə mane olmaq istəyənləri bugünkü kimi fiasko gözləyir", - vitse-spiker əlavə edib.

Xəbər lenti

Xəbər lenti