...

Azərbaycan Parlamenti sədrinin İtaliyaya səfər proqramı açıqlanıb

Siyasət Materials 1 May 2010 12:24 (UTC +04:00)
Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov mayın 3-5-də İtaliyada səfərdə olacaq.
Azərbaycan Parlamenti sədrinin İtaliyaya səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov mayın 3-5-də İtaliyada səfərdə olacaq.

"Üç gün davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin İtaliya Parlamentinin rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub", - Trend-in məlumatına görə, şənbə günü keçirilən brifinqdə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Təvəkküloğlunun sözlərinə görə, görüşlərdə İtaliya-Azərbaycan parlamentləri arasında əməkdaşlığın səviyyəsi və perspektivi, informasiya mübadiləsi və Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə predmeti olacaq.

Əsədovu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, deputatlar Qüdrət Həsənquliyev, Azər KərimliRüfət Quliyev müşaiyət edəcək.

Səfər çərçivəsində İtaliya Deputatlar Palatasının sədri, İtaliya senatorunun müavini və digər rəsmilərlə görüş nəzərdə tutulur.

Səfər İtaliya Deputatlar Palatasının dəvəti ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti